Domen adı

Domen adı dedikdə domenin simvolik adı nəzərdə tutulur. Domen adı bir domen daxilində istənilən hərf və rəqəm birləşməsi ola bilər. Domenin tam adı nöqtə ilə ayrılmış bütün domenlərin adlarından təşkil olunur və İnternetdə nəşr edilmış hər hansı veb-saytın ünvanını göstərir.

Məsələn, az.wikipedia.org domen adı üçüncü səviyyəli az domeninə aiddir, o da öz növbəsində ikinci səviyyəli wikipedia domeninə, wikipedia isə birinci səviyyəli org domeninə aiddir.

Saytların rəqəm şəklində verilmiş İP ünvanlarını yadda saxlamaq çox çətin olduğundan DNS sistemi vasitəsi ilə bu ünvanlar domen adlar ilə əvəz olunur. Beləliklə, domen adı – istənilən İnternet istifadəçisinin sayta müraciətinə şərait yaradan ünvandır.

Domen.az – Ucuz və keyfiyyətli domen xidməti